Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanbiçek Ömüralıyev Türkiyədə fevralın 6-da baş verən zəlzələ ilə bağlı başsağlığı verib. Bu barədə TDT-nin katibliyi məlumat yayıb.

“Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələnin səbəb olduğu can və mal itkisini böyük kədər hissi ilə öyrəndik. Türk Dövlətləri Təşkilatı olaraq bu çətin günlərdə Türkiyə Cümhuriyyəti hökumətinin və qardaş türk xalqının yanındayıq. Türk xalqının gücü və müqavimətinin bu fəlakətin tezliklə aradan qaldırılmasına kömək edəcəyinə inanırıq”, – deyə başsağlığında bildirilir.

Mehparə Sultanova
Ankara