Dənizkənarı Milli Parkda konsert proqramı təşkil edilib

 

Fevralın 5-də Dənizkənarı Milli Parkda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə konsert proqramı keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan konsert proqramında tanınmış gənc ifaçılar çıxış ediblər.

YAP-dan bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar partiyanın Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planı çərçivəsində gənclərin iştirakı ilə idman yarışlarının və mədəni-kütləvi konsert proqramlarının təşkili nəzərdə tutulur.

Dənizkənarı Milli Parkda konsert proqramı da yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşmasına töhfə vermək məqsədilə təşkil olunub.