Beynəlxalq Türk Akademiyasının (Qazaxıstanın Astana şəhərində yerləşir) prezidenti Şahin Mustafayev Parisdə UNESCO-nun Klaster bürosunun direktoru vəzifəsini icra edən Maqnus Maqnussonla görüşüb.
Akademiyadan bildirilib ki, görüşdə iki təşkilat arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Ş.Mustafayev Beynəlxalq Türk Akademiyasının indiyədək UNESCO ilə əlaqələri barədə məlumat verib, birgə fəaliyyəti bundan sonra da davam etdirmək istədiklərini vurğulayıb. Görüş zamanı UNESCO çərçivəsində həyata keçirilən “Böyük İpək Yolu” layihəsi ətrafında fikir mübadiləsi aparılıb.
M.Maqnusson öz növbəsində təşkilatlar arasında qarşılıqlı münasibətlərin vacibliyini qeyd edib, elm sahəsində əməkdaşlığı möhkəmləndirməyə hazır olduqlarını deyib.
Tərəflər birgə layihələrin icrası barədə razılığa gəliblər.