«Regea Travel» şirkətinə Türkiyə istiqamətində yer bronlaşdırmaq qadağan edilib
   
   Azərbaycanda dempinq (turizm şirkətləri tərəfindən qiymətlərin süni şəkildə aşağı salınması) faktı aşkarlanıb.
   
   Bu barədə Türkiyə istiqaməti üzrə fəaliyyət göstərən «Era Style» turizm şirkətinin baş direktoru Ayxan Allazlı açıqlamasında bildirib. Onun sözlərinə görə, hələ mövsümdən əvvəl Azərbaycan Turizm Assosiasiyası (AZTA) rəhbərlik etdiyi şirkətə müraciət edərək, belə fakt aşkarlanacağı təqdirdə, həmin şirkətlə əməkdaşlığı dayandırmalarını xahiş edib.
   Bir neçə gün əvvəl isə AZTA-dan «Era Style» şirkətinə Azərbaycanda fəaliyyət göstərən «Regea Travel» şirkətinin qeyri-korrekt işi ilə bağlı məlumat daxil olub. Bununla əlaqədar AZTA əməkdaşları araşdırma aparıblar.
   Nəticədə «Regea Travel»in müştərilərə Türkiyənin istirahət mərkəzlərindəki mövcud qiymətlərlə bağlı yalan məlumat verdiyi müəyyən edilib.
   Ayxan Allazlı AZTA-dan gələn məktub əsasında adıçəkilən turizm şirkəti ilə əməkdaşlığı dayandırdıqlarını və onlara özlərinin onlayn-bronlaşdırma sisteminə girişi qadağan etdiklərini bildirib. Şirkət direktoru belə faktların qarşısını almaq üçün bundan sonra da AZTA-nın yanında olacaqlarını və dempinqə görə birgə mübarizə aparacaqlarını deyib. 
   

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar