Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri Texniki Komitəsi tərəfindən təqdim edilmiş AZS 730-2012 “Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə dair tələblər” dövlət standartını təsdiq edib.
   Komitənin mətbuat xidmətindən verilən məlumata görə, bu standart turist bələdçisi təlimləri və ixtisaslaşma proqramlarının təşkili üçün minimum tələbləri dəqiq müəyyən edir. Standart Azərbaycan ərazisində sərbəst xidmətlərin hərəkətini asanlaşdırmaq cəhdlərini dəstəkləyir, eyni zamanda turizm xidmətlərinin keyfiyyətli təşkili üçün bölgələrə məxsus turist bələdçilərinin əhəmiyyətini də önə çəkir. Normativ sənəddə səlahiyyətlərin bölüşdürülməsi, təlim proqramlarının quruluşu, bölgələrə məxsus mövzular, praktiki təlim, qonaqlara bələdçilik üçün tələb olunan dil bacarıqları, turist bələdçisi vəsiqəsinin forması öz əksini tapıb. 
   

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar