İyunun 25-də Gədəbəy rayonunun Novosaratovka kəndində rayon mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə «Gədəbəy - Azərbaycanın Əfsanələr Paytaxtı - 2012» tədbirlər silsiləsindən növbəti konsert proqramı keçirilib. Bu barədə qəzetimizə Gədəbəy Rayon Mədəniyyət Evinin müdiri Etibar Məmmədov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan və rus xalq musiqisindən ibarət konsert proqramı rayon ictimaiyyəti tərəfindən maraqla izlənib.
Rayon mədəniyyət və turizm şöbəsinin nəzdində fəaliyyət göstərən «Sarıtel» ansamblının və üzvlərinin əksəriyyəti rus millətindən olan «Suraduşka» ansamblının çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb.
Fəxriyyə