Mingəçevir Turizm Kollecində pedaqoji heyət üzvlərinin elmi tədqiqatları və fəaliyyətlərinə həsr olunmuş «Müəllim təfəkkürü və idrakı» mövzusunda elmi-nəzəri konfrans keçirilib.
   Kollecin Heydər Əliyev adına ideoloji mərkəzində keçirilən tədbirdə bu təhsil ocağının direktoru, professor Əyyub Əyyubov turizm müəllimlərinin elmi yaradıcılığa marağının artmasını təqdirəlayiq hal kimi qiymətləndirib.
   Konfransda turizm ixtisasını tədris edən müəllimlərin «Azərbaycanda daxili turizmin inkişaf perspektivləri», «Qədim Şəkidə müasir turizmin inkişaf səviyyəsi», «Azərbaycanda son dövr mehmanxana sektorunun inkişafı», «Azərbaycanda turizmin vəziyyəti», «Bakıda turizmin inkişaf perspektivləri» mövzularında maraqlı məruzələri dinlənilib. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar