Tarix elmləri doktoru Güllü Yoloğlunun “Türk xalqlarının mərasimləri” adlı yeni monoqrafiyası AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurası tərəfindən çapa tövsiyə olunub. Bu barədə institutun Elmi şurasının iclasında müvafiq qərar qəbul edilib.
İnstitutun baş direktoru professor Abbas Seyidov Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə hazırlıq tədbirləri ilə bağlı görüləcək işlər barədə danışıb.
Dosent Səfər Aşurovun təqdimatında arxeologiya, etnoqrafiya və etnologiya ixtisaslarına elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə qəbul olmuş doktorant və dissertantların fərdi planları dinlənilib və müzakirə edilib.