Mədəniyyət və Turizm Nazirliyi tərəfindən respublikanın bir neçə bölgəsində fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə iyun ayının 11-dən etibarən başlayan monitorinqlər davam edir.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən aldığımız məlumata görə, monitorinqin məqsədi yay turizm mövsümünün başlaması ilə bağlı bölgələrdə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə mövsümə hazırlıq səviyyəsinin yoxlanması və göstəriləcək turist xidmətləri qiymətlərinin araşdırılmasından ibarətdir.
   Monitorinqin birinci mərhələsi iyunun 11-dən 15-dək ölkəmizin qərb regionu üzrə Gədəbəy, Gəncə, Naftalan və Mingəçevir rayonlarını əhatə edib.
   Monitorinqlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Turizm Assosiasiyasının nümayəndələri, İqtisadi İnkişaf Nazirliyinin regional bölməsinin əməkdaşı və müvafiq rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin rəhbərləri iştirak ediblər.
   Monitorinqlərin sonrakı mərhələləri iyunun 18-dən 25-dək şimal-qərb regionu üzrə Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Qax, Zaqatala və Balakən rayonlarını, iyunun 27-dən 30-dək Şimal regionu üzrə Xaçmaz, Qusar və Quba rayonlarını əhatə edib. Hazırda komissiya respublikanın cənub bölgəsindədir. Masallı, Lənkəran, Lerik rayonlarında fəaliyyət göstərən turizm obyektlərinə baxış keçirilir.
   Monitorinqlərin iyulun 5-də yekunlaşdırılması nəzərdə tutulur.

    Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar