F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən dahi bəstəkar Qara Qarayevin (1918-1982) anadan olmasının 105 illik yubileyi münasibətilə “Qüdrəti hüdudsuz sənətkar” adlı virtual metodik vəsait hazırlayıb.

Materialın əvvəlində tanınmış şəxsiyyətlərin Q.Qarayev haqqında fikirləri yer alıb. Metodik vəsaitin birinci hissəsində görkəmli bəstəkarın həyat və yaradıcılığından bəhs olunur. İkinci hissədə isə metodik köməklik məqsədilə Q.Qarayevin yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı verilib.

Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün oxucular üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da təqdim edilir.

Metodik vəsaitlə https://bit.ly/3RJQHns linki vasitəsilə tanış ola biləriniz.

***

Kitabxananın adıçəkilən şöbəsi tərəfindən hazırlanan daha bir virtual metodik vəsait 14 fevral – Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunub.

“Ruhumuzun qidası kitablar” adlı metodik vəsaitdə ilk olaraq dahi şəxsiyyətlərin kitablar haqqında fikirlər təqdim edilib. Daha sonra kitabların qədim dövrlərdən indiki zamana qədər keçdiyi tarixi inkişaf yolu haqqında məlumat verilir.

Vəsaitdə eyni zamanda metodik köməklik məqsədilə Beynəlxalq Kitab Bağışlama Günü  münasibətilə təşkil olunacaq tədbirlərin planı və kitabxananın fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da yer alıb

“Ruhumuzun qidası kitablar” metodik vəsaitinə https://bit.ly/3xt2KfH linki ilə keçid etmək mümkündür.