Şimali Kipr Beynəlxalq Universiteti Azərbaycanda «Təhsildə informasiya texnologiyalarının tətbiqi» mövzusunda seminar təşkil edib. Universitetin Azərbaycandakı distribütoru olan «Millennium Tourism&Congress DMC»dən aldığımız məlumata görə, seminarda Bakı, Sumqayıt və digər bölgələrin məktəb, lisey və universitetlərindən olan müəllimlər iştirak ediblər. Seminarın sonunda kursu müvəffəqiyyətlə bitirən müəllimlərə sertifikatlar təqdim olunub.
   Tədbirdə ANS televiziyasının «Ağıl dəryası» intellektual verilişinin 2 qalibinə də Şimali Kipr Beynəlxalq Universitetində 4 il təhsil alması üçün ödənişsiz təhsil paketi təqdim edilib. Tələbələr ANS Şirkətlər Qrupunun sponsorluğu ilə təhsil alacaqlar.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar