AMEA Folklor İnstitutu tərəfindən hazırlanan “Güney Azərbaycan folkloru” çoxcildliyinin növbəti XV cildi çapdan çıxıb.

Yeni cilddə “Qulam Heydər”, “Qurdoğlu” və “Kəlbi” dastanları yer alıb. Bu nümunələrdə ifaçı aşıqların səsləndirdikləri dialekt, şivə və dil xüsusiyyətləri olduğu kimi saxlanılıb. Topludakı dastanların üçü də Güney Azərbaycan folklor mühitində geniş yayılmış, sevilən aşıq ədəbiyyatı nümunələridir.

“Güney Azərbaycan folkloru” seriyasının layihə rəhbəri Folklor İnstitutunun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov, kitabın tərtibçisi institutun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Maşallahqızı (Abbasova), redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlidir.