Azərbaycan Turizm İnstitutu (ATİ) üçüncü məzun buraxılışına hazırlaşır. İnstitutun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iyulun 12-də «Hilton Baku» hotelində «Məzun-2012» adlı mərasim keçiriləcək. Tədbirə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, təhsil naziri Misir Mərdanov, digər rəsmi şəxslər, nazirlik və dövlət qurumlarının nümayəndələri, diplomatik korpus təmsilçiləri, millət vəkilləri, ölkəmizin elm və mədəniyyət xadimləri, ATİ-nin əməkdaşlıq etdiyi müxtəlif ölkələrin təhsil müəssisələrinin rəhbərləri və media mənsubları dəvətlidirlər. Mərasimdə ATİ-nin builki 206 nəfər məzununa diplomlar, 25-dək məzuna isə eyni zamanda Avstriyanın Krems Tətbiqi Elmlər Universitetinin diplomu, 4 nəfərə magistr pilləsini bitirmək haqqında ATİ-nin diplomu təqdim ediləcək.
   Qeyd edək ki, ötən illə müqayisədə bu il ATİ-nin daha çox tələbəsi diplom ala biləcək.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar