Fevralın 9-da Rusiya Federasiyası Qələbə Muzeyinin təşkilatçılığı ilə II Dünya müharibəsinin əsas mərhələlərindən sayılan Stalinqrad döyüşünün 80 illiyinə həsr olunmuş beynəlxalq onlayn konfrans keçirilib.

Altı aya yaxın davam edən Stalinqrad döyüşü 2 fevral 1943-cü ildə sovet qoşunlarının qələbəsi ilə başa çatıb. Stalinqrad döyüşü müharibədə SSRİ-nin xeyrinə dönüş yaradıb, alman faşistlərinin Volqa sahilinə çıxmaq, eləcə də Qafqazı ələ keçirmək planları alt-üst olub.

Beynəlxalq onlayn konfransda Azərbaycan İstiqlal Muzeyi də təmsil olunub. Muzeyin əməkdaşı Stalinqrad döyüşlərində qəhrəmanlıq göstərmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun döyüş yolu haqqında məruzə ilə çıxış edib.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi Rusiya Federasiyası Qələbə Muzeyi ilə imzaladığı qarşılıqlı memorandum çərçivəsində müxtəlif sərgi və beynəlxalq konfranslarda əməkdaşları ilə təmsil olunur.