Azərbaycanın qədim yaşayış məskənlərindən olan İsmayıllı rayonunun Lahıc qəsəbəsində fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeyi bu gün turistləri özünə daha çox cəlb edir.
   İsmayıllı Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən xəbərə görə, hazırda muzeydə ölkəmizin qədim və orta əsrlər, habelə müasir tarixinə dair 1264 eksponat nümayiş etdirilir. Ayrı-ayrı bölmələrdə yerləşdirilən, 2 min il yaşı olan saxsı qablar, XIII əsrə aid üzərində qılınc və qalxan fiquru yonulmuş döyüşçü məzarının başdaşı, XVI əsrdən qalan ikitərəfli körük, XVII-XVIII və XIX əsrlərə aid olan soyuq və odlu silahlar və s. hər kəsdə böyük maraq doğurur. Burada turistlərə vaxtilə Lahıcda 8 silah sexinin olduğu barədə məlumat verilir.
   Lahıca gələn turistlərin böyük əksəriyyəti muzeyə maraq göstərir. Ötən il muzeyi ziyarət edənlərin sayı 9300 nəfər olub. Bu il turizm mövsümü başlanandan bəri muzeyə 3500 nəfərdən çox turist gəlib. Bu da 2011-ci ilin müvafiq dövründəkindən iki dəfə artıqdır. Gələnlərin 40 faizdən çoxu xarici turistlərdir.
   Lahıc muzeyinin daha da zənginləşdirilməsi, turistlər üçün daha yaxşı şəraitin yaradılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar