Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması və müvafiq monitorinqə imkan yaradılması tələbi ilə könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində etiraz aksiyası davam edir.

2022-ci il dekabrın 12-də başlanan aksiyanın artıq iki ayı arxada qalıb. Fevralın 12-ni, aksiyanın 63-cü gününü də ekofəallar qarlı və şaxtalı hava şəraitində rəğmən yüksək əhval-ruhiyyə keçiriblər. Davamlı olaraq aksiyaçıların tələblərini ifadə edən şüarlar səsləndirilir.

Bu arada Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılır. Gün ərzində Laçından Xankəndiyə və geri istiqamətdə onlarla avtomaşın keçir. Bu, bir daha göstərir ki, etiraz aksiyası dinc xarakter daşıyır və ərazidə hərəkət sərbəstdir.