F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən tanınmış maarif xadimi, tərcüməçi, görkəmli yazıçı-dramaturq Mirzə Cəlilin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir-Məmmədquluzadənin (1973-1955) 150 illik yubileyi münasibətilə hazırlanan “Ömrünü xalqına, inandığı həqiqətə sərf edən Azərbaycan qadını” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim olunub.

Metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Həmidə xanım haqqında söylədiyi fikirlər yer alıb. Sonra onun mübarizə dolu həyatından, ictimai və xeyriyyəçilik fəaliyyətindən bəhs edilib. Vəsaitdə həmçinin Həmidə xanımın yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı da verilib.                                                

Təqdim edilən vəsait  kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitin sonunda Respublika Uşaq Kitabxanasının  fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı təqdim edilir.

Metodik vəsaitlə tanış olmaq üçün https://bit.ly/3K7UVDG linkinə keçid etmək lazımdır.

***

Elmi-metodika şöbəsi tərəfindən görkəmli yazıçı, ssenarist, kinodramaturq, tərcüməçi, Xalq yazıçısı Ənvər Məmmədxanlının (1913-1990) anadan olmasının 110 illiyi münasibətilə “Şəxsiyyətinin ucalığında dayanan sənətkar” adlı virtual metodik vəsait hazırlanıb.

Metodik vəsaitin birinci hissəsində Xalq yazıçısının “Ayrıldılar”, “Buz heykəl”, “Ananın ölümü”, “Cənub hekayələri”, “Karvan dayandı”, “Qızıl qönçələr”, “Baş xiyabanda”, “Bakı gecələri”, “Odunçu oğlu”, “Leyli və Məcnun”, “Xürrəmilərin ağ şahini” və s. əsərləri haqqında oxuculara ətraflı məlumat verilir. İkinci hissədə isə metodik köməklik məqsədilə Ə.Məmmədxanlının yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim edilir.

Vəsaitin sonunda kitabxananın fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da verilir.

https://bit.ly/3XzaUxj linki vasitəsilə metodik vəsaitlə daha ətraflı tanış ola bilərsiniz.

***

Respublika Uşaq Kitabxanasının daha bir virtual metodik vəsaiti tanınmış yazıçı-dramaturq Salam Qədirzadənin (1923-1987) 100 illik yubileyinə həsr olunub. “Unudulmaz əsərlər müəllifi – Salam Qədirzadə” adlı metodik vəsaitin birinci hissəsində yazıçının həyat və yaradıcılığından bəhs edilir. Sonra isə metodik köməklik məqsədilə S.Qədirzadənin yubileyi ilə bağlı nəzərdə tutulan tədbirlərin planı və ədəbiyyat siyahısı verilir.

Metodik vəsaitlə tanış olmaq istəyənlər https://bit.ly/3E6xPJP linkinə daxil ola bilərlər.