AMEA Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Azərbaycan bayatıları” toplusu işıq üzü görüb.

Kitabda bu günədək xalq arasından toplanmış və müxtəlif toplularda çap olunan, eləcə də müxtəlif mərasimlərdə, məclislərdə və xalq həyatında ifa olunan bayatılar yer alıb. Kütləvi nəşr prinsiplərinə uyğun hazırlanan kitabda eyni zamanda bayatıların götürüldüyü qaynaqlar da öz əksini tapıb.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın layihə rəhbəri Folklor İnstitutunun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov, tərtibçisi və ön söz müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova), redaktoru isə filologiya üzrə elmlər doktoru, professor Əfzələddin Əsgərdir.