Bakı Turizm İnformasiya Mərkəzinin elan etdiyi III Milli Turizm Mükafatı müsabiqəsi davam edir. Müsabiqənin məqsədi turizm sənayesinin davamlı inkişafına, mədəni, ekoloji, sağlamlıq və digər turizm növlərinin stimullaşdırılmasına töhfə verməkdir. İyunun 20-də başlanan müsabiqəyə ərizələr 20 sentyabr 2012-ci il tarixədək qəbul ediləcək. Qaliblər sentyabrın 27-də - Dünya Turizm Günündə elan olunacaq.
   Müsabiqə xarici və daxili turizm sahəsində ən yaxşı turoperator, 5, 4, 3 ulduzlu hotel, ixtisaslaşdırılmış KİV, nəşriyyat evi, turizm sahəsində ən yaxşı internet portalı, turist kompleksi daxil olmaqla, ümumilikdə 14 nominasiya üzrə keçirilir. Turizm təşkilatları, müəssisələr, turizm və hotel biznesi təmsilçiləri, tədris və mədəniyyət təşkilatları, turizm infrastrukturuna aid müəssisələr, jurnalistlər və kütləvi informasiya vasitələri müsabiqədə iştirak edə bilər. Müsabiqə ilə bağlı ətraflı məlumat www.tourism.az saytında yerləşdirilib. Məlumat əldə etmək üçün 498 12 44, 598 44 12 nömrələrinə, tic_baku@box.az elektron ünvanına müraciət etmək olar.

    Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar