Tikintisi dörd mərhələdə aparılacaq Şahdağ Qış-Yay Turizm Kompleksinin birinci mərhələsi üzrə tikinti işləri tamamlanmaq üzrədir. Bu mərhələyə ilk növbədə infrastrukturun qurulması, yəni qaz, elektrik, su, rabitə sistemlərinin və 32 kilometrlik yolun tikintisi daxildir. Birinci mərhələdə dördulduzlu hotelin və digər xidmətləri olan lift bazasının, kanat yollarının inşası da nəzərdə tutulub.
   Turistlərin xizək enişinə çatdırılması üçün kanat yolların inşası davam etdirilir. Artıq 2, 3, 4, 8 və 9 nömrəli liftlərin quraşdırılması başa çatıb. Hazırda 7 nömrəli liftin tikintisi üzrə işlər aparılır.
   Kompleksin ərazisində daxili yollar tikilib, dağ çayları üstündən körpülər salınıb. Turizm kompleksini Qusar rayon mərkəzi ilə birləşdirən 32 kilometrlik avtomobil yolunun tikintisi davam etdirilir. Yolun keyfiyyəti beynəlxalq standartlara uyğun olaraq avtomobil nəqliyyatının maneəsiz və təhlükəsiz hərəkətini təmin edəcək.
   Kompleksin qazlaşdırılması məqsədilə qaz kəməri çəkilib, obyektin istismara qəbul üzrə işçi komissiyası yaradılıb. Mehmanxana kompleksinin kanalizasiya sisteminin tikintisi də tamamlanıb. Hazırda içməli su təminatı sistemində işlər davam etdirilir.
   Layihənin növbəti mərhələlərində yeni xizək yollarının salınması və yaşayış zonasının genişləndirilməsi nəzərdə tutulub.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar