Türkiyə, Azərbaycan və Şimali Kipr kanallarının ortaq yayımı

 

Fevralın 15-də Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə – tək ürək” devizi altında qardaş ölkədə zəlzələdən zərərçəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım edəcəklər.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Zəlzələ bölgələrində zərərçəkənlər üçün yardım kampaniyası eyni vaxtda üç ölkədə canlı yayımlanacaq.

Yardım kampaniyası yerli vaxtla saat 20:00-da başlayacaq, yığılan vəsait Türkiyənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi – AFAD-ın və Türkiyə Qızıl Ay Cəmiyyətinin hesabına köçürüləcək.