F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2014-cü ildən etibarən hər il 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə müxtəlif məkanlarda uşaqları sevindirir.

Bu dəfə kitabxana “SOS uşaq kəndi”nə kitab sovqatı aparıb. Əlamətdar gün münasibətilə burada yaşayan uşaqlara müxtəlif yaş qruplarına dair kitablar hədiyyə edilib.

Qeyd edək ki, 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da “Delightful  Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba sevgi yaradan bütün insanları birləşdirir.

Bu əlamətdar günün təbliğində tanınmış müəlliflərin, uşaq yazıçılarının, eləcə də kitabxanaların dəstəyi mühüm rol oynayır.