Bu ilin dekabrından etibarən Qusarda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksi ilk xizəksürənləri qəbul etməyə hazır olacaq. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib: “Bu məkan xidmətlər, şərait, infrastruktur baxımından da yüksək səviyyədə olacaq. Qış turizmi istiqamətində Qəbələdə də çox böyük işlər gedir. Şəkidə də qış mövsümünün hazırlığına və yeni komplekslərin fəaliyyəti yönündə işlər aparılır. Ümumiyyətlə, regionlarda və şəhərdə mövcud olan turizm obyektlərinin qış mövsümündə də fəaliyyət göstərməsini istəyirik”.
Nazir turizm sahəsində kadr məsələsinə də toxunub. Qeyd edib ki, ildən-ilə sayı artan turizm müəssisələri kadr hazırlığına ehtiyac duyurlar: “Biz şərt qoymuşuq ki, mütləq şəkildə bütün təşkilatlarda, müəssisələrdə turizm peşəsi olan kadrlar işləməlidirlər. Artıq turizm obyektlərində çalışanların kadr, peşə hazırlığı, dil bilgiləri, rayonun potensialı ilə tanışlığı, servis xidməti yoxlanılır. Ötən il Azərbaycanda 42 hotel açıldı. Bu qədər hoteldə çalışacaq işçilərin eyni anda təkmilləşdirilməsi mümkünsüzdür. Artıq növbəti ildən etibarən 500 məzun mətbəx, xidmət, servis, bələdçilik və digər sahələrdə bu sənayeyə daxil olacaqlar. Yalnız bu yolla xidmət səviyyəsində inkişaf ola bilər. Hər bir müəssisə keyfiyyətli xidmətlərin təqdimatında maraqlı olmalı, rəqabət pis xidmətləri sıradan çıxarmalıdır”.