Amma pandemiyadan öncəki səviyyəyə çatmayıb

 

Dünya turizmi hələ pandemiyadan öncəki statistik göstəricilərə çata bilməyib. Birləşmiş Millətlər Təşkilatı Dünya Turizm Təşkilatının (UNWTO) məlumatlarına görə, 2022-ci ildə qlobal turizm səyahətləri 2019-cu ilin göstəricilərinin 63 faizi qədər olub.

Bununla belə, keçən ən çox nisbi artım Yaxın Şərqdə olub. Bu regiona gələnlərin sayı pandemiyadan əvvəlki göstəricinin 83 faizinə qalxıb. Dubay isə turizmin həm qlobal, həm də regional bərpa dərəcələrini üstələyib, 2022-ci ildə şəhərə gələn ziyarətçilərin sayı pandemiyadan əvvəlki səviyyənin 86 faizinə çatıb.

Rəsmi rəqəmlərə görə, Dubay 2021-ci ildəki 7,28 milyon turistlə müqayisədə 2022-ci ildə 97 faiz artımla 14,36 milyon qonaq qəbul edib. Dubayın İqtisadiyyat və Turizm Departamentindən bildirilib ki, səfərlərin əsas hissəsi Qərbi Avropa və Fars körfəzi ölkələrinin payına (hər biri 21 faiz) düşür. Daha sonra Cənubi Asiyadan (17 faiz), Yaxın Şərq və Şimali Afrikadan (12 faiz) gələn turistlər üstünlük təşkil edib.

Pandemiyadan əvvəlki 2019-cu ildə 16,73 milyon ziyarətçi qəbul etmiş Dubay turizm göstəricisinə görə “Tripadvisor Travellers’ Choice Awards”ın iki il ardıcıl olaraq dünyanın bir nömrəli istiqaməti statusunu alıb.