Quba və Xaçmazda dəyirmi masa keçirilib
   
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi Azərbaycanın regionlarında turizm sektorunun vəziyyəti, dövlət tənzimlənməsi, iqtisadi-sosial tələbatlarının öyrənilməsi ilə bağlı silsilə tədbirlər keçirir.
   
   Mərkəzin Hüquqi-normativ tənzimləmə və iqtisadiyyat şöbəsinin rayon (şəhər) mədəniyyət və turizm şöbələrinin təşkilatçılığı ilə iyulun 4-də Qubada, 5-də isə Xaçmazda keçirdiyi “Turizmin regionların iqtisadi inkişafına təsiri və prioritet istiqamətləri” mövzusunda dəyirmi masa da bu qəbildən idi. Tədbirlərdə hər iki rayonun mədəniyyət və turizm müəssisələrinin əməkdaşları, turizm, mehmanxana fəaliyyəti ilə məşğul olan sahibkarlar və digər mütəxəssislər iştirak edib.
   Quba rayonunda təşkil olunmuş dəyirmi masanı Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov açaraq turizmin regionların sosial-iqtisadi inkişafına təsiri barədə məlumat verib. Mərkəzin şöbə müdiri Məzahir Qarayev sosial-iqtisadi inkişafın tarazlı dinamikasının təmin olunmasında respublikanın təbii insan və coğrafi resurslarından səmərəli istifadənin əhəmiyyətindən söz açıb. Ölkəmizin təbii, tarixi, mədəni sərvətləri ilə unikal turizm ehtiyatlarına malik olması, təbii sərvətlərinə, zəngin milli-mədəni irsinə, adət-ənənələrinə, qonaqpərvərliyinə görə tanınmasından danışıb.
   Qeyd olunub ki, Azərbaycan iqtisadiyyatının qarşısında duran mühüm vəzifələrdən biri böyük həcmli neft gəlirlərindən səmərəli istifadə etməklə ölkəmizdə davamlı inkişafı təmin edən qeyri-neft sahələrinin rəqabət qabiliyyətinin artırılmasına nail olmaqdır. Son illər Azərbaycanda bu sahədə problemlərin həll edilməsi, yerli, regional və beynəlxalq infrastruktur layihələrinin həyata keçirilməsi ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
   Azərbaycan Turizm İnstitutunun müəllimi Çingiz Gülalıyev “Quba rayonunun davamlı inkişafında turizmin rolu - kənd, dağ, qış turizmini formalaşdıran amillər” mövzusunda məruzə ilə çıxış edib. Yerlərdə həyata keçirilən infrastruktur layihələrinin, quruculuq işlərinin turizmin inkişafına müsbət təsir etdiyini nəzər çatdırıb.
   Quba Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Afət Həsənova turizmin inkişafı üçün rayonda görüləcək tədbirlər, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Elxan Məhərrəmov “Quba rayonunda turizmin mövcud durumu və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış ediblər. Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Quba Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məryəm Hacıyeva turizmin inkişafında mədəniyyət müəssisələrinin rolundan danışıblar.
   Tədbirdə turizm fəaliyyətinin stimullaşdırılması, kadr çatışmazlığı probleminin həlli, turistlərin regiona cəlb olunması və s. məsələlər ətrafında müzakirələr aparılıb.
   
   * * *
   Xaçmazda təşkil olunan dəyirmi masada rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Yetkin Mehmanov, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev, Heydər Əliyev Mərkəzinin direktoru Könül Əsgərova, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Aqil Əlisultanov çıxış ediblər. Çıxışlarda bölgədə turizmin inkişafından, xüsusilə kənd turizminin mövcud vəziyyəti və inkişaf perspektivlərindən, turistlərin muzeylərə cəlb olunması barədə söz açılıb.
   Dəyirmi masada mövzu ilə bağlı müzakirələr aparılıb, mədəniyyət və turizm şöbələri üçün rayonların xüsusiyyətləri ayrı-ayrılıqda nəzərə alınaraq, yerli turizm potensialından səmərəli istifadə, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsinə dair təkliflər paketi hazırlanıb və təqdim olunub.
   Bu qəbildən tədbirlərin digər rayonlarda da davam etdirilməsi nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar