Türkiyədə dağıdıcı zəlzələ nəticəsində zərərçəkmişlərə Azərbaycan Rus İcması da humanitar yardım göndərib. Bununla əlaqədar Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində tədbir keçirilib.

Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, icma sədrinin müavini Anastasiya Lavrina, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina və icmanın başqa nümayəndələri tədbirdə iştirak ediblər.

Yardım qismində ilkin zərurət əşyaları – isti geyim, dərmanlar, yorğanlar, ərzaq toplanıb. Humanitar yardımla dolu yük maşını yardım toplama məntəqəsinə göndərilib.