21 fevral – Beynəlxalq Ana Dili Günü hər il F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən müxtəlif tədbir və layihələrlə qeyd edilir.

Fevralın 17-də əlamətdar gün münasibətilə Respublika Uşaq Kitabxanasında Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının ikinci sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilib.

“Ana dilimizi sevək, sevdirək” adlı tədbirdə uşaqlara Azərbaycan dilinin tarixi, inkişafı barədə, eləcə də Beynəlxalq Ana Dili Günü ilə bağlı məlumat verilib.

Şagirdlərin ana dili mövzusunda rəngarəng çıxışları, söylədikləri şeirlər, oxuduqları mahnılar, təqdim etdikləri səhnəciklər maraqla qarşılanıb.

Sonda məktəblilər kitab sərgisi ilə tanış olublar. Tədbir iştirakçılarına kitabxananın təsis etdiyi “Göy qurşağı” jurnalı hədiyyə edilib.