Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “2004-2011-ci illərdə Azərbaycan dramaturgiyası” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə tənqidçi-ədəbiyyatşünas Əsəd Cahangir mövzu ilə bağlı məruzə edib, ötən illərdə yazılmış pyeslər haqqında məlumat verib.
Müzakirələrdə Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, qurumun katibləri Arif Əmrahoğlu, Rəşad Məcid, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli, yazıçı-dramaturqlar Əli Əmirli, Firuz Mustafa, şairlər Xeyrəddin Qoca, Əjdər Ol və başqaları çıxış edərək mövzu ilə bağlı rəy və təkliflərini bildiriblər.