F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsi tərəfindən Gülhüseyn Hüseynoğlunun 100 illik yubileyi münasibətilə hazırlanan “Mənsur şeirin banisi” adlı metodik vəsait virtual rejimdə istifadəçilər üçün təqdim edilib.

Metodik vəsaitin I hissəsi tanınmış ədib və ədəbiyyatşünas alim, Mikayıl Müşfiq haqqında ilk dissertasiyanın və monoqrafiyanın, məktəblər üçün ilk dərs vəsaitinin müəllifi olan Gülhüseyn Hüseynoğlunun həyat və yaradıcılığından bəhs edir. II hissədə metodik köməklik məqsədilə Gülhüseyn Hüseynoğlunun yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı təqdim edilib.

Metodik vəsait elektron formatda bu linkdə: https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/m-nsur-seirin-banisi-gulhuseyn-huseynoglu

***

“Dünyanı xeyirxahlıq xilas edəcək” – Respublika Uşaq Kitabxanasının daha bir metodik vəsaiti isə belə adlanır.

Hər il fevralın 17-də bir sıra beynəlxalq xeyriyyə təşkilatlarının təşəbbüsü ilə “Təmənnasız Xeyirxahlıq İfadəsi Günü” kimi qeyd olunur.

Kitabxananın Elmi-metodika şöbəsi tərəfindən bu gün münasibətilə hazırlanan vəsait də virtual rejimdə istifadə üçün təqdim edilib.

Metodik vəsaitin I hissəsində bu günün tarixi və görkəmli şəxslərin xeyirxahlıq haqqında fikirləri yer alıb. II hissədə kitabxanalarda kitab sərgiləri, səhnəcik, biblioqrafik kitab icmalının keçirilməsi, bu günün qeyd edilməsi ilə bağlı ssenari və. s tədbirlər planı təqdim edilib.

Metodik vəsaitlə bu linkdə tanış olmaq olar: https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/dunyani-xeyirxahliq-xilas-ed-c-k

Təqdim edilən hər iki vəsait kitabxanaçılar, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub. Vəsaitlərin sonunda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış ədəbiyyat siyahısı da təqdim edilib.