F.Köçərli adına Respublika Uşaq Kitabxanasının  Elmi-metodika şöbəsi tərəfindən yazıçı, dramaturq, tənqidçi, ədəbiyyatşünas, Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə metodik vəsait hazırlanaq virtual rejimdə təqdim edilib.

“Müqəddəs söz-sənət ocağının nurlu varisi – Elçin Əfəndiyev” adlı vəsaitin əvvəlində yazıçının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Sonra metodik köməklik məqsədilə yubilyarla bağlı kitabxanalarda, orta və ali təhsil  müəssisələrində keçirilə biləcək tədbirlərin planı təqdim edilib.

Vəsait kitabxanaçılar, metodistlər, müəllimlər, tələbələr – ümumilikdə bütün oxucular üçün nəzərdə tutulub. Sonda Respublika Uşaq Kitabxanasının fondu əsasında hazırlanmış yazıçının öz əsərlərindən və onun haqqında yazılan kitablardan ibarət ədəbiyyat siyahısı verilib.

Metodik vəsaitlə tanış olmaq üçün https://www.clb.az/biblioqrafik-xidm%C9%99t/elmi-metodika/metodik-vesaitler/2023/muq-dd-s-soz-s-n-t-ocaginin-nurlu-varisi-elcin-f-ndiyev linkinə keçid etmək lazımdır.