Fevralın 23-24-də Nizami Kino Mərkəzində “Maya” filminin təqdimatı keçiriləcək.

Filmin ssenari müəllifi və rejissoru Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, şair Xəyal Rza, operatoru Rafiq Əliyev, operator assistenti Kənan Fərzəliyev, montaj rejissoru Aydan Əhmədova, prodüseri Tahir Tahiroviç, bədii rəhbəri Xalq artisti Oqtay Mir Qasımdır.

Qeyd edək ki, çəkilişləri Ağdam, Bərdə və Sabirabadda aparılan filmdə əzablı, iztirablı qadın taleyindən bəhs edilir.