Azərbaycan Turizm İnstitutu Məzunlar Assosiasiyasının (ATİMA) “Professional Hoteliers Trainings-2012” adlı layihələr silsiləsi başa çatıb. İnstitutun mətbuat xidmətindən verilən məlumata görə, 10 günlük təlimləri Bakının ən məşhur hotellərinin departament, bölmə direktorları və menecerləri keçiblər. «Four Seasons Baku» hotelinin «housekeeping» departament direktoru xanım Sakine Şalk, «Faimont Baku» hotelinin rezervasiya və gəlirlər üzrə meneceri Scott Turyk, «JW Marriott Absheron Baku» hotelinin qida və içkilər departamentinin direktoru Nasir Shaikh, «Sheraton Airport Baku» hotelinin satış və marketinq direktoru - Mark Muscat de Celis, «Jumeirah Bilgah Beach» hotelinin əməliyyat bölməsi direktoru Muhammed Saady nəzəri biliklərlə yanaşı, şəxsi fəaliyyət prinsipləri barədə təqdimatla çıxış ediblər.
   Layihənin sonuncu mərhələsini ümumilikdə 45 nəfər, o cümlədən ATİ-nin məzunları, tələbələri və ölkəmizin digər ali məktəblərinin təmsilçiləri uğurla başa vurublar. Treninq iştirakçılarına bu günlərdə keçirilməsi nəzərdə tutulan xüsusi mərasimdə sertifikatların verilməsi nəzərdə tutulur. 

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar