2023-cü ilin yanvar ayında Azərbaycana dünyanın 131 ölkəsindən 119,1 min nəfər əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2022-ci ilin yeni ayı ilə müqayisədə 1,6 dəfə çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, gələnlərin 33,8 faizi Rusiya Federasiyası, 21,1 faizi Türkiyə, 9,3 faizi İran, 5,6 faizi Gürcüstan vətəndaşları olub. Hindistan (3,4 faiz), Birləşmiş Ərəb Əmirlikləri (3,2 faiz), Pakistan (2,7 faiz), Küveyt (2,1 faiz), Səudiyyə Ərəbistanı və Qazaxıstan (hər birindən 1,8 faiz) vətəndaşları da ötən ay Azərbaycana gələnlərin ilk onluğunda yer alıblar.

Ötən ilin eyni dövrü ilə müqayisədə Pakistandan gələnlərin sayı 9,9 dəfə, Hindistandan  – 8,6 dəfə, Qazaxıstandan – 3 dəfə, Gürcüstandan – 1,6 dəfə, Rusiya Federasiyasından –1,5 dəfə, Türkiyədən – 40,7 faiz, İrandan – 15,6 faiz artıb.

2022-ci ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 49 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6 dəfə artaraq 4,3 min, Körfəz ölkələrindən gələnlərin sayı 29,3 faiz artaraq 21,3 min nəfər olub.