Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən zərər çəkən şəxslərə dəstək məqsədilə humanitar yardım tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kollektivi də qardaş ölkəyə humanitar kömək göstərib. Nazirliyin kollektivi tərəfindən zəlzələ qurbanları üçün müxtəlif növ ərzaq məhsulları, uşaq yeməkləri, zəruri məişət əşyaları, elektrik qızdırıcıları, su qızdırıcıları və termoslar, paltarlar, o cümlədən qış geyimləri, ədyallar, şəxsi gigiyena və təmizlik ləvazimatları, tibbi ləvazimat və s. daxil olmaqla humanitar yardım, eləcə də 51 min 675 AZN (572.367 TL) məbləğində maddi vəsait göndərilib.

Mədəniyyət Nazirliyinin kollektivi bu çətin günlərdə qardaş Türkiyə xalqının dərdini bölüşür, fəlakət zamanı həlak olan şəxslərə görə bir daha başsağlığı verir, xəsarət alanlara şəfa diləyir.

İnanırıq ki, Türkiyə dövləti və xalqı bu ağır günlərdən tezliklə çıxacaq. Birlik və həmrəyliyimiz əbədidir.