Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY və Macarıstan Respublikasının təşkilatçılığı ilə görkəmli macar şairi Şandor Petofinin (1823-1849) 200 illiyi münasibətilə şeir tərcüməsi müsabiqəsi keçirilib.
Beynəlxalq müsabiqənin qalibləri arasında azərbaycanlı şairlər Ramil Əhməd və Cavid Mövsümü də var.
Bu barədə məlumat verən R.Əhməd bildirib ki, müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan şairlər, tərcüməçilər iştirak ediblər.
Mükafat martın 15-də Budapeşt şəhərində təqdim ediləcək. Müsabiqə çərçivəsində tərcümə olunan şeirlər kitab halında nəşr olunacaq.