Fevralın 21-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Sabunçu rayon 215 saylı orta məktəbdə “Ana dilimiz milli sərvətimizdir” adlı ədəbi-bədii kompozisiya təqdim olunub, “Ulu öndər Heydər Əliyevin irsini yaşadırıq” adlı şeir müsabiqəsi keçirilib.
Beynəlxalq Ana Dili Günü (21 fevral) və Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən tədbiri giriş sözü ilə məktəbin müəllimi açaraq Azərbaycan dilinin inkişaf yolu barədə məlumat verib. Ana dilimizin insanların həyatındakı rolundan, Ulu öndər Heydər Əliyevin dilimizə verdiyi dəyərdən danışılıb.
Şagirdlərin ana dili mövzusunda rəngarəng çıxışları, o cümlədən söylədikləri şeirlər, oxuduqları mahnılarböyük maraqla qarşılanıb.
Sonda “Ulu öndər Heydər Əliyevin irsini yaşadırıq” müsabiqəsində fərqlənən şagirdlərə sertifikat təqdim edilib.