“ASAN Radio” və “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun birgə həyata keçirdiyi “Ədibin Evi”ndən hekayələr” media layihəsi davam edir. Layihənin məqsədi rəqəmsal mühitdə gənc nəsli mütaliəyə həvəsləndirmək, ədiblərimizin klassik hekayələrini daha geniş auditoriyaya tanıtmaqdır.

Layihənin növbəti buraxılışında görkəmli satirik şair, publisist “Molla Nəsrəddin” jurnalının aparıcı müəlliflərindən Əliqulu Qəmküsarın (1880-1919) “Qatış-bulaş” felyetonu təqdim edilib.

“Molla Nəsrəddin” dərgisinin 4 noyabr 1907-ci il 41-ci sayında dərc olunan əsəri aktyor, rejissor Rövşən İsax qiraət edib.

Felyetonu https://www.youtube.com/watch?v=ueUQl7lJV24 linki vasitəsilə dinləmək olar.