Şamaxıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının və Söz Azadlığını Müdafiə Fondunun birgə təşkilatçılığı ilə M.Ə.Sabirin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Tədbir hər iki qurumun Şamaxıda birgə təşkil etdiyi bədii qiraət müsabiqəsinin yekunlarına həsr olunub.
Sabirin yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi martın 1-də başlayıb və mayın 24-də yekunlaşıb. Münsiflər heyətinin sədri, Xalq artisti Tofiq İsmayılov deyib ki, müsabiqədə Şamaxı rayonunun təhsil müəssisələrinin şagird və tələbələri iştirak ediblər. Final turuna 61 nəfərin qatıldığı müsabiqədə 10 iştirakçı qalib adını qazanıb. Günay Məmişova, Ruslan Məmişov 1-ci, Lamiyə Mirzəyeva, Zərəfşan Kərimova, Afaq Qarayeva 2-ci, Elnarə Pənahova, Nəzrin Əfəndiyeva, Nuranə Heybətova, Elcan Məcdunov, Tərlan Məmmədov isə 3-cü yerlərə layiq görülüblər.