Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, «Victory Tour» turizm şirkətinin təşkilatçılığı ilə iyulun 18-19-da Quba rayonuna infotur keçiriləcək.
   
   Ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri nümayəndələrinin və kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə baş tutacaq infotur «Explore Azerbaijan» layihəsi çərçivəsində hazırlanmış «Kulinariya turu» adı ilə keçirilir.
   Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən verilən məlumata görə, turun yaradılmasında əsas məqsəd xarici turistləri Azərbaycanın zəngin milli mətbəxi ilə yaxından tanış etmək, bununla da Azərbaycanın qədim tarixini və mədəniyyətini nümayiş etdirməkdir.
   İnfotur iştirakçıları milli mətbəximizin təamlarını dadmaqla yanaşı, onların hazırlanma texnologiyaları ilə tanış olacaq, aşpazların köməyi ilə mətbəximizin xörəklərini hazırlamaq imkanı da əldə edəcəklər. Milli Kulinariya Assosiasiyasının eksperti Nailə Mürsəlova və tanınmış aşpaz Fərhad Aşurbəyli iştirakçılara Azərbaycan mətbəxinin incəlikləri, buraya daxil olan yemək növləri haqqında ətraflı məlumat verəcək.
   
   Fəxriyyə






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar