Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir. Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək festivalda iştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılır.

İlk beş gündə 280-dən çox uşaq iştirak üçün qeydiyyatdan keçib.

21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəsi əhatə edəcək ən irimiqyaslı uşaq festivalına siz də qoşulun! 30 mart tarixinədək www.uif.az internet saytında qeydiyyatdan keçərək festivalın iştirakçısı olun!

Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən layihə haqqında əlavə məlumatları festivalın internet saytından, (050) 2880147 mobil, 147 qısa nömrələrindən, həmçinin festivalın rəsmi sosial şəbəkə hesablarından əldə etmək mümkündür:

Rəsmi sayt – https://uif.az

E-poçt – info@uif.az

Facebook – https://www.facebook.com/uif.az

Instagram – https://www.instagram.com/uif.az

Twitter – https://twitter.com/uif_az

Youtube – https://www.youtube.com/@uif_az

Tiktok – https://www.tiktok.com/@uif.az