Turizm Qax rayonunun iqtisadiyyatında əsas yerlərdən birini tutur. Bu sahənin inkişafı üçün rayonda geniş imkanlar mövcuddur. Əsrarəngiz təbiət, əlverişli iqlim şəraiti turistlərin bölgəyə marağını ildən-ilə artırır. Hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir.
   Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarovun dediyinə görə, rayondakı turizm obyektlərində olan yerləşdirmə yerlərinin sayı 600-ə çatdırılıb. Bu obyektlərdə qiymətlər 17 manatdan 80 manatadək müəyyənləşib. Təsadüfi deyil ki, 2012-ci ilin birinci yarısında rayona 5 min nəfərə yaxın turist gəlib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli çoxdur. Bu dövrdə rayona 150-dək xarici turist gəlib.
   Şöbə müdirinin bildirdiyinə görə, turizm mövsümü ilə əlaqədar obyektlərdə geniş hazırlıq işləri görülüb, o cümlədən də xidmətin keyfiyyəti yaxşılaşdırılıb. Rayonda kadr hazırlığına da xüsusi diqqət yetirilir, vaxtaşırı olaraq bu sahədə çalışanlar üçün treninqlər təşkil edilir. Turistlərin asudə vaxtlarını səmərəli keçirməsi üçün obyektlərdə kütləvi tədbirlər, əyləncəli proqramlar, gəzintilər təşkil olunur. Bələdçilər rayonun tarixi, mədəniyyəti, milli adət-ənənələri barədə turistlərə ətraflı məlumat verirlər.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar