“Azad Gənclər” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Turizmin inkişafı sahəsində gənclərin rolunun artırılması” layihəsini həyata keçirəcək. Layihənin əsas məqsədi gənclərin biznes biliklərinin artırılması və onları sahibkarlıq fəaliyyətinə həvəsləndirməkdir.
   Layihə çərçivəsində gənclər üçün “Turizm sahəsində biznes-planların hazırlanması” mövzusunda təlim kursları təşkil ediləcək. Təlimlərin Masallı və Xaçmaz rayonlarında keçirilməsi nəzərdə tutulub. Müasir təhsil metodlarına əsaslanaraq interaktiv metodla keçiriləcək təlimlərdə təqdimatlar, qrup oyunları da yer alacaq. Layihə iştirakçılarının sayı 50 nəfər nəzərdə tutulur.
   Təlimlərdə ölkəmizin turizm potensialı, turizm sahəsində sahibkarlıq fəaliyyətinin perspektivləri, turizm sahəsi vasitəsilə gəlirlərin və məşğulluğun formalaşması, bu sahədə məhsul və xidmət növləri, marketinqin və satışın prinsipləri və digər məsələlər diqqətə alınacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar