İyulun 19-da Bakıda Amerika İşgüzar Təcrübələr Proqramının (SABIT) təşkilatçılığı ilə «Müasir marketinqin təcrübi aspektləri» mövzusunda seminar keçirildi. Müasir marketinq, brendinq, marketinq seqmentasiyası, biznes-analizdə marketinqin rolu mövzularının müzakirə olunduğu seminara 25 iştirakçı qatılmışdı.
   
   Tədbirin açılışında çıxış edən USAİD-in (Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Maykl Qrin seminarın ölkəmizdə iqtisadi islahatlara dəstək məqsədilə təşkil olunduğunu dedi. Onun sözlərinə görə, USAİD Azərbaycanın Dünya Ticarət Təşkilatına üzvlüyü ilə əlaqədar islahatların keçirilməsi üçün 24 nazirlik və dövlət qurumu ilə aktiv əməkdaşlıq edir: “SABIT Azərbaycan iştirakçıları üçün bu il üç proqram təşkil edib. Bu proqramların mövzuları sırasında şərab məhsullarının marketinq və təşviqi, turizm və həmçinin əqli mülkiyyət hüquqlarının kommersiyalaşdırılması məsələləri var”.
   Qonaq Azərbaycan Prezidentinin intellektual mülkiyyət hüquqlarının təminatı haqqında qanunun tətbiqinə dair fərmanını da yüksək qiymətləndirdiyini qeyd etdi.
   Seminar həm məruzə, həm də Kiyev Biznes Məktəbinin dekanı, Ukrayna Menecmentin, Təhsilin və Biznesin İnkişafı Assosiasiyasının üzvü Mixail Krikunovun yönləndirdiyi müzakirə formatında davam etdirildi.
   Seminarın iştirakçısı olan «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev qəzetimizə açıqlamasında bildirdi ki, SABIT proqramı ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və Avropa, Mərkəzi Asiya ölkələrinə bazar iqtisadiyyatına keçiddə texniki yardım göstərilməsini nəzərdə tutur. Bu proqramın əsasən iki məqsədi var. Birincisi, bu proqram Avrasiya materiki ölkələrində Birləşmiş Ştatların mütəxəssisləri tərəfindən hazırlanmış yeni texnologiyaların köməyi ilə qeyri-adi turizm növlərinin inkişafına yardım etmək üçün həyata keçirilir. Digər tərəfdən, Amerikada fəaliyyət göstərən turizm şirkətləri SABIT proqramının köməyi ilə bu regionun ölkələrində bazar iqtisadiyyatının bərqərar olmasında yaxından iştirak edirlər.
   Qeyd edək ki, bu ilin fevralında Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Özbəkistanın turizm şirkətlərinin təmsilçiləri SABIT proqramı çərçivəsində təşkil olunmuş «Hücrə turizmi» treninqlərində iştirak ediblər. Bir ay davam edən treninqlərdə ölkəmizi «Millennium Tourism & Congress DMC»nin direktoru Ruslan Quliyev və «Viktoriy Tour» turizm şirkətinin rəhbəri Vüsal Hacıyev təmsil ediblər.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar