AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru Zakirə Əliyeva tərəfindən “Türkiyə ədəbi mühiti və Anar yaradıcılığı” adlı e-kitab hazırlanıb.

İnstitutun Elmi şurasının qərarı ilə ərsəyə gətirilən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Akif Hüseynov, rəyçisi və ön söz müəllifi filologiya elmləri doktoru Elnarə Akimovadır.

Kitabda Xalq yazıçısı Anarın Türkiyə ədəbi-mədəni mühitindəki yeri, görüşləri, əsərlərinin nəşri, haqqında aparılmış tədqiqat işləri və s. barədə materiallar əhatə olunub.