Quba rayonunun təbii iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri turizmin inkişafı üçün çox əlverişlidir. Rayonun füsunkar təbiətini seyr etmək üçün buraya gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır. Rayonun mədəniyyət və turizm şöbəsindən aldığımız məlumata görə, bu gün Qubada 40 turizm obyekti fəaliyyət göstərir. Özəl sektorda turizm-istirahət komplekslərinin sayının artması müşahidə olunur. Turizm mərkəzlərində qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılıb.
Hazırda rayonda üç yeni turizm obyekti tikilir. Əski-İqriq kəndi yaxınlığında tikilən "Riksos hotel" dünya standartlarına cavab verən turizm kompleksi olacaq.
Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu il rayona turist axınında 30 faiz artım olub. Turistlər daha çox dünya əhəmiyyətli abidə sayılan Xınalıq kəndinə maraq göstərirlər.
Fəxriyyə Abdullayeva