Martın 1-də Malayziyanın paytaxtı Kuala-Lumpurda yerləşən İslam İncəsənəti Muzeyində “Özbəkistan – islam sivilizasiyasının mərkəzi” fotosərgisi açılıb. Özbəkistan Mədəniyyət və Turizm Nazirliyinin yaydığı məlumata əsasən, sərgidə son iki min il ərzində indiki Özbəkistan ərazisində inkişaf etmiş fərqli sivilizasiyalar üçün səciyyəvi artefaktlar, qədim və zəngin mədəni irs, islam tarixi haqqında məlumatlar və fotolar nümayiş etdirilir.

Həmçinin islamın Mərkəzi Asiyada yayılmağa başladığı vaxtdan indiyədək elmə, təhsilə və Səmərqənd, Buxara, Xivə, Daşkənd kimi qədim şəhərlərin memarlığına təsirini əks etdirilən materiallar sərgilənir. Sərgidə Böyük İpək yolundan keçən mədəniyyətlərarası əlaqələr, Maverannəhrin minillik tarixi və mədəniyyəti, özbək xalqının qədim adətləri, incəsənəti, memarlığı və həyat tərzinin bütün aspektləri ilə yaxından tanış olmaq imkanı var.

Gülcahan