Beynəlxalq turizm gəlirləri 2012-ci ilin ilk dörd ayının nəticələrinə görə 5 faiz artıb. Dünya Turizm Təşkilatının saytında verilən xəbərə görə, Şimal yarımkürəsi ölkələrində turizm mövsümü yenicə başladığından, bu nəticəni qənaətbəxş hesab etmək olar. 
   DTT mütəxəssisləri hesab edir ki, may-avqust aylarında dünyanın bir çox ölkələrində və turizm mərkəzlərində mövsümün ən qaynar dövrüdür. Bu müddətdə dünyada 415 milyon turist səfər edəcək. Ötən ilin müvafiq dövrü üzrə göstəricilər bütün il ərzində əldə edilən rəqəmlərin 41 faizini təşkil edib.
   Təşkilatın regional direktoru Karlos Voqeler mətbuata verdiyi açıqlamada bildirib ki, bu il dünya tarixində ilk dəfə olaraq beynəlxalq turistlərin sayının 1 milyarda yaxınlaşacağı gözlənilir. Onun sözlərinə görə, beynəlxalq turizm proqnozlaşdırılan rekordu artıq bu ilin payızında vuracaq və bununla da bu göstərici ötən ilə nisbətən 4% artacaq. Ötən il beynəlxalq turistlərin sayı 980 milyon nəfər olub.
   Hazırda dünyada ən populyar turizm istiqamətləri Fransa, ABŞ və Çindir. Təşkilatın statistikasına görə, dünya ÜDM-in 5%-i, ixracın isə 6%-i turizm sektorunun payına düşür. İnkişaf etmiş və inkişafda olan ölkələrdə hər 12 işçidən biri turizm sahəsində çalışır.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar