İyulun 21-də Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Avropa Tələbələr Forumu-Bakı“ İctimai Birliyi və “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyinin “Odlar Yurdu Azərbaycan - Yay universiteti” beynəlxalq layihəsinin iştirakçıları üçün “İçərişəhər”də tur təşkil olunub. Əcnəbi tələbələr “İçərişəhər”i elektromobillər vasitəsilə gəziblər. Tur iştirakçıları Qız qalasına və bir çox muzeylərə də baş çəkiblər.
   14 gün müddətinə nəzərdə tutulan tur Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə keçirilir. Layihə iştirakçıları Yunanıstan, Böyük Britaniya, Serbiya, Avstriya, Çexiya, İspaniya, Polşa, Ukrayna, Rusiya, Macarıstan, Hollandiya və Türkiyədən olan tələbələrdir.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar