Böyük Britaniya paytaxtında iyulun 27-dən avqustun 12-dək keçiriləcək Yay Olimpiya Oyunları zamanı Londona təxminən 330 min əcnəbi turist və 590 minə yaxın yerli sakin gələcək. Bu barədə “Euromonitor International” şirkətinin tədqiqatlarının nəticələrində bildirilib.
   Ekspertlərin fikrincə, zəifləmiş Britaniya iqtisadiyyatına Olimpiada əhəmiyyətli xeyir verməyəcək. Oyunlar daha çox pərakəndə satışla məşğul olanlara və turizm sektoruna mənfəət gətirəcək.
   “Euromonitor International” şirkətinin hesablamalarına görə, Olimpiada ərəfəsində Londonun “Hitrou” hava limanında sərnişindaşımanın həcmi 45 faiz artacaq. London Yay Olimpiya Oyunlarının bütün dünyada ümumi auditoriyası 4,5 milyard tamaşaçı təşkil edəcək.

   Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar