Qastronomik səyahətlərin həvəskarları üçün İspaniyada xüsusi tur hazırlanıb. 
   Turpaketə 8 günlük səyahət ərzində dördulduzlu hotellərdə yerləşmə, səhər yeməyi, Barselona və Bilbaoda mətbəx, ingilisdilli gidin müşayiəti ilə Barselonada bazar gəzintisi, «Meson Cinco Jotas» və «El Corte Ingles»də şərab dequstasiyası daxildir. Bundan əlavə, turun qiymətinə Barselonadan Madridə və Bilbaoya qatar biletləri və «El Corte Ingles»də alış-veriş üçün endirim kartı daxil edilib.
   Səyahətin ilk 3 günü Barselonada keçəcək. Qonaqlar «Front Maritim» hotelində yerləşəcək və «Dos Palillos», «Passadis del Pep», «Fonda Gaig» kimi məşhur restoranlarda nahar edəcəklər. Sonra isə bask mətbəxi ilə məşhur olan Bilbaoya gedəcək və müasir SPA-hotel «Husa Jardines de Albia»da yerləşəcəklər. Tur iştirakçıları son iki günü Madriddə, «Intur Palacio San Martin» hotelində keçirəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar